• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

Mourinyo yenə narazılıq etdi

31.07.18 13:10 576
Mourinyo yenə narazılıq etdi
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo transfer planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo heyətə hələ bir neçə futbolu da cəlb etmək istədiklərini bildirib. O, Premyer Liqanın start vaxtından da narazılıq edib:
"Mən daha çox futbolçu cəlb etmək haqda düşünürdüm. Hər mövsümdən əvvəl bütün məşqçilər heyətə daha çox futbolçu cəlb etmək haqda plan qurular. Bizim təbiətimiz belədir.
Adətən isə istədiyini ala bilmirsən. Az qala bütün karyeram boyu belə olub. Transfer pəncərəsi bağlanana qədər daha bir futbolçunu heyətə cəlb edə bilsək, onda "hər şey yaxşıdır” deyə bilərəm.
Razıyam, transfer pəncərəsi Premyer Liqanın startına qədər bağlanmalıdır. Ancaq mən, Premyer Liqanın start vaxtından narazıyam.
Dünya çempionatında oynamış futbolçulara görə, İspaniya və İtaliyada çempionat bir qədər gec başlayacaq. Biz də gec başlaya bilərdik”.
İngiltərə Premyer Liqası avqustun 10-da, İspaniya Primerası 17-də, A seriyası isə 9-da start götürəcək.
banner

Oxşar Xəbərlər