• cümə, 29 Mart, 10:05
  • Baku Bakı 5°C

Mourinyo yenə də uşaqları günahlandırdı

08.01.18 13:50 715
Mourinyo yenə də uşaqları günahlandırdı
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ev oyunlarındakı uğursuzluğa görə günahkarları tapıb.
Kaspi.az xəbər verir ki, Mourinyo "Old Trafford”dakı oyunlar zamanı top daşıyan uşaqlardan narazılıq edib. Bu barədə məlumatı "The Sun” yayıb.
Portuqal mütəxəssis hesab edir ki, top daşıyan uşaqlar olduqca ləng hərəkət edirlər. Onun qənaətinə görə, uşaqlar topu futbolçulara gec çatdırdıqları üçün "Mançester Yunayted” sürətli əks-hücumlar qura bilmir.
Onu da qeyd edək ki, bu, Mourinyonun uşaqlardan ilk narazılğı deyil. O, "Çelsi”də işləyərkən də top daşıyan balacalardan narazılıq etmişdi.
banner

Oxşar Xəbərlər