• cümə axşamı, 28 mart, 16:00
  • Baku Bakı 16°C

Mourinyo üçün təhlükə: O qayıtmaq istəyir

30.04.20 13:45 593
Mourinyo üçün təhlükə: O qayıtmaq istəyir
"Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettino yenidən kluba qayıtmaq istədiyini etiraf edib.
Kaspi.az xəbər verir ki, Poçettino nə vaxtsa "Tottenhem”ə qayıdacağına inandığını bildirib. O, bu klubla titul qazanmağın ən böyük arzusu olduğunu vurğulayıb:
"Biz, uzunmüddətli əla səyahət etdik. Bu səyahətin başa çatmasını heç kim istəmirdi. Ürəyimin dərinliyində hiss edirəm ki, bizim yolumuz yenə də kəsişəcək.
Klubu tərk etdiyim gündən yenidən ora qayıtmaq arzusu ilə yaşayıram. Başa çatdıra bilmədiyimiz işi yekunlaşdırmaq lazımdır.
Biz, Premyer Liqada və Çİ-də qələbəyə çox yaxın olduq. Amma son anda dayandıq. İndi isə səbirsizliklə təklif gözləyirəm. Mən yeni layihəyə motivasiya olmuşam”.
Poçettino "Tottenhem”də 2019-ci ilin 19 noyabrında istefaya göndərilib. Onun yerinə Joze Mourinyo gətirilib.
banner

Oxşar Xəbərlər