AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mourinyo: “Qol vursalar, onları şapalaqlayacağam“

Mourinyo: “Qol vursalar, onları şapalaqlayacağam“

İdman
03 Aprel 2013, 13:38 1301
İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo "Qalatarasaray"a qarşı matçdan öncə mətbuat konfransı keçirib.

Milli.Az AHT-yə istinadən bildirir ki, portuqal çalışdırıcı sabiq ounçuları Hamit Altıntop, Didye Droqba və Uesli Sneyderin qol vuracaqları təqdirdə meydanda qaçaraq ona yaxınlaşmaq fikrində olduqlarından xəbər tutduğunu deyib.

"Onlardan üçü də deyiblər ki, qol vursalar, qaçıb mənə yaxınlaşacaq, mənə sarılacaqlar. Deyirlər ki, onlar qol vursalar, həmin qolu mənə ithaf etmək istəyirlər. Əsla yaxınlaşmasınlar! Əgər komandamızın qapısına qol vurub mənə tərəf qaçsalar, onları şapalaqlayacağam, qovacağam", - Mourinyo gülərək deyib.

Mourinyo yaxın dostu Fatih Terimin çalışdırdığı "Qalatasaray"ın Çempionlar Liqasında uğurlarına sevindiyini deyib.

"Bu gün qalib gəlsək, onlarla birlikdə mən də pərişan olacağam. Amma mütləq qalib gəlməliyik. Mən klubları yox, dostlarımı dəstəkləyirəm. Fatih Terim əla məşqçi, eyni zamanda çox gözəl dostdur", - Mourinyo söyləyib.