• cümə axşamı, 25 aprel, 04:14
  • Baku Bakı 19°C

Mourinyo qapıda da usta olduğunu göstərdi

04.09.17 15:50 1017
Mourinyo qapıda da usta olduğunu göstərdi
Bu ilin avqust ayında Londonda yanan 24 mərtəbəli yaşayış binasında zərər çəkənlərə kömək məqsədilə xeyriyyə oyunu keçirilib.
Kaspi.az xəbər verir ki, xeyriyyə qarşılaşmasında Les Ferdinandla Alan Şirerin komandaları üz-üzə gəlib. "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da xeyriyyə oyununun iştirakçısı olub.
Ancaq məşqçi kimi yox. Şirerin komandasında yer alan Mourinyo qapıda durub. O, ikinci hissədə meydana çıxıb, komandasını bir neçə dəfə qoldan xilas edib, sarı vərəqə alıb, qol buraxıb, penaltini qaytarıb.
2:2 hesabı ilə başa çatan oyunda Ferdinandın komandası penalti seriyasında qalib gəlib.
banner

Oxşar Xəbərlər