• çərşənbə, 24 Aprel, 00:27
  • Baku Bakı 14°C

Mourinyo “Qalatasaray”ın ümidini öldürdü

31.07.17 10:55 1147
Mourinyo “Qalatasaray”ın ümidini öldürdü
"Qalatasaray”ın "Mançester Yunayted”in futbolçusu Maruan Fellayni ilə maraqlandığı barədə məlumat yayılmışdı.
"Qalatasaray” rəsmiləri futbolçu ilə danışıqlar apardıqları barədə açıqlama da vermişdilər. Kaspi.az xəbər verir ki, bu məsələyə "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da münasibət bildirib. O, Fellayninin satılmadığını vurğulayıb:
"Qalatasaray” üçün məni almaq asan olar, nəinki Maruanı. Əgər onlara məşqçi lazımdısa, onda şansları var. Amma Fellayni... Bu barədə unudun. O, mənim üçün çox vacib oyunçudur”.
29 yaşlı futbolçunun "Mançester Yunayted”lə müqaviləsi 2018-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər