• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Mourinyo Poqba ilə dalaşdı, güldüyü üçün

27.09.18 11:15 597
Mourinyo Poqba ilə dalaşdı, güldüyü üçün
"Mançester Yunayted”in məşqində insident yaşanıb.
Kaspi.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo Poqba ilə dalaşıb. Məşqdən əvvəl Poqba Mourinyoya yaxınlaşaraq onunla salamlaşmaq istəyib.
Joze ona nə deyibsə, futbolçu cavab qaytarmalı olub və söz atışması böyüyüb. Onların mübahisəsini "Sky Sports” lentə alıb.
İlkin məlumata görə, Mourinyo Poqbaya "instaqram”da paylaşdığı videoya görə irad bildirib. "Derbi” ilə qarşılaşma zamanı çəkilmiş videoda Poqba tribunada Andreas Pereyra ilə Lyuk Şounun yanında oturub və gülür.
İddialara görə, məhz Poqbanın gülməsi Mourinyoya xoş gəlməyib. Qeyd edək ki, "Mançester Yunayted” İngiltərə Liqa kubokunda keçirilən həmin oyunda "Derbi”yə penalti seriyasında məğlub olub.
banner

Oxşar Xəbərlər