• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

Mourinyo onları heç vaxt satmazdı

26.07.17 15:10 939
Mourinyo onları heç vaxt satmazdı
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klubun transfer siyasətindən danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo MY-nin sabiq baş məşqçisi Lui van Qalı da tənqid edib. O, Van Qalın transfer siyasətinin düzgün olmadığını bildirib:
"Mançester Yunayted” elə futbolçuları satıb ki, mən onları heç vaxt satmazdım. Di Mariya, Çiçarito, Uelbeki qeyd edə bilərəm.
Bunun müqabilində isə "Mançester Yunayted” elə futbolçuları transfer edib ki, mən onları heç vaxt almazdım”.
MY Anxel di Mariyanı PSJ-yə, Xavyer Ernandesi (Çiçarito) isə "Bayer”ə satmışdı. Denni Uelbek isə "Arsenal”a keçmişdi.
banner

Oxşar Xəbərlər