• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Mourinyo məşhur klubla 4 illik müqavilə bağladı

30.05.13 11:45 1746
Mourinyo məşhur klubla 4 illik müqavilə bağladı
Dünyanın ən yaxşı məşqçilərindən biri sayılan Joze Mourinyonun “Çelsi”yə qayıdışı reallaşır. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı 50 yaşlı portuqaliyalı mütəxəssisin artıq London klubu ilə 4 illik müqavilə imzaladığını yazıb.
Son 3 ildə madrid “Real”ını çalışdıran Mourinyonun köhnə-yeni komandasında ildə 10 milyon funt sterlinq alacağı bildirilir. Ancaq “Çelsi” bu xəbəri hələ təsdiqləməyib.
Qeyd edək ki, Mourinyo 2004-2008-ci illərdə çalışdırdığı londonluları ilk 2 mövsümdə çempion etməklə, uzun müddətlik intizara son qoydu.
banner

Oxşar Xəbərlər