AZE | RUS | ENG |

Mourinyo Konteyə “xəncər” sapladı

Mourinyo Konteyə “xəncər” sapladı
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Çelsi”nin çalışdırıcısı Antonio Konteyə cavab verib. 
 
Kaspi.az xəbər verir ki, Mourinyo bir müddət əvvəl jurnalistin, oyun zamanı özünü sakit aparması ilə bağlı verdiyi sualı belə cavablandırmışdı: "Oyun zamanı özümü kloun kimi aparmıramsa, bu o deməkdi ki, hissimi itirmişəm?”
 
Jurnalistlərin fikrincə, Mourinyo belə ifadə işlətməklə Konteni nəzərdə tutub. Çünki Konte oyun zamanı çox çılğın olur. İtalyan mütəxəssis bu məsələyə belə reaksiya vermişdi: 
 
"Lazımdır ki, Mourinyo keçmişinə baxsın. Ola bilsin ki, elə özünü nəzərdə tutub”. 
 
Portuqal mütəxəssisin cavabı olduqca sərt alınıb. Mourinyo Konteni oyun alverində ittiham edib: 
 
"Bu məsələyə son qoymaq üçün deyəcəyim bir söz var. Bəli, mən keçmişdə oyun zamanı bəzi səhvlər etmişəm. İndi isə çalışıram ki, az səhv edim. Ancaq səhvlərdən qaçmaq da mümkün deyil. Amma mənimlə bir şey heç vaxt baş verməyib və bundan sonra da baş verməyəcək. Mən oyun alverinə görə cəzalanmamışam”.
 
Konte "Yuventus”un baş məşqçisi olarkən, 2012/2013 mövsümündə danışılmış oyunlarda ittiham olunaraq,  4 ay müddətinə cəzalandırılmışdı.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000