Mourinyo kimlərə söz atdı?
Portuqal mütəxəssis
Joze Mourinyo mətbuata verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Kaspi.az xəbər
verir ki, Mourinyo müasir futbolda bəzi komandaların oyun zamanı topa daha çox
sahib olmasına çalışdığını bildirib. O, ad çəkməsə də, bu açıqlaması ilə kimlərəsə mesaj göndərib:
"Çoxları belə
hesab edir ki, əgər komanda topa daha çox sahib olursa, deməli, meydanda
dominantlıq edir. Amma baxır, bu məsələyə hansı tərəfdən yanaşırsan. Komanda, oyuna topsuz da nəzarət edə bilər.
Hesab edirəm ki,
belə stil bəzi məşqçilər üçün piar aparmaq və imic formalaşdırmaq üçün
lazımdır. Futbolda o komandalar qalib gəlir ki, onlar daha çox qol vurular. Mənim
üçün futbolun əsası budur”.