• çərşənbə axşamı, 23 aprel, 16:06
  • Baku Bakı 24°C

Mourinyo Kasilyası aşağılayıb

20.04.18 11:30 958
Mourinyo Kasilyası aşağılayıb
Əfsanəvi braziliyalı qapıçı Julio Sezar "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə münasibətlərindən danışıb.
Kaspi.az xəbər verir ki, Sezar Mourinyonun ona göndərdiyi mesajın mətnini də açıqlayıb. Həmin mesajda Joze "Real”ın sabiq qapıçısı İker Kasilyası aşağılayıb:
"Biz Konfederasiyalar Kubokunun finalında İspaniyaya qalib gəldik. Oyundan sonra formamı Kasilyasla dəyişdim. Bu böyük qapıçıya hörmət əlaməti olaraq onun formasını geyindim.
Ondan sonra turnirin ən yaxşı qapıçısına verilən mükafatı almağa yollandım. Paltardəyişmə otağına daxil olduqdan sonra telefonumda Mourinyodan gələn mesajı gördüm: Joze yazmışdı "Sən ağlasığmazsan. Əslində, Kasilyas sənin formanı geyinməlidir. Sən bir əlinlə Kasilyasdan daha çox seyv edərsən.
Kasilyas paltardəyişmə otağına mənimlə söhbət etməyə gələndə Mourinyonun mesajını ona oxudum. Çətin idi, ancaq o, bunu görməli idi. Joze hər şeyi ulduz futbolçuların birbaşa üzünə deməyi sevir”.
banner

Oxşar Xəbərlər