Mourinyo ingilislərin oyununu bəyənmir
"Mançester
Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə yığmasının oyunu barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Mourinyo İngiltərə yığmasının finala çıxmaq şansının yüksək olduğunu
deyib. Ancaq o, ingilislərin oyun keyfiyyətinin aşağı olduğunu da vurğulayıb:
"İngilis məntiqi
ilə yanaşsaq, hər şey qaydasındadı. Komanda 1/4 finala vəsiqə qazanıb və tapşırıq
yerinə yetirilib. Ancaq keyfiyyətə nəzər salsaq, onda onların oyununda sevinməli
heç nə yoxdur.
Amma İngiltərə
1/4 finalda İsveçlə üz-üzə gələcək. Yarımfinalda isə ya Xorvatiya, ya da Rusiya
ilə qarşılaşa bilərlər. Bu amili nəzərə alsaq, İngiltərənin finala yüksəlmək
şansının çox böyük olduğunu deməliyəm”.
İngiltərə 1/8
finalda Kolumbiyaya penalti seriyasında qalib gəlib - 1:1 (4:3).