• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

Mourinyo ingilislərin oyununu bəyənmir

04.07.18 13:10 733
Mourinyo ingilislərin oyununu bəyənmir
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə yığmasının oyunu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo İngiltərə yığmasının finala çıxmaq şansının yüksək olduğunu deyib. Ancaq o, ingilislərin oyun keyfiyyətinin aşağı olduğunu da vurğulayıb:
"İngilis məntiqi ilə yanaşsaq, hər şey qaydasındadı. Komanda 1/4 finala vəsiqə qazanıb və tapşırıq yerinə yetirilib. Ancaq keyfiyyətə nəzər salsaq, onda onların oyununda sevinməli heç nə yoxdur.
Amma İngiltərə 1/4 finalda İsveçlə üz-üzə gələcək. Yarımfinalda isə ya Xorvatiya, ya da Rusiya ilə qarşılaşa bilərlər. Bu amili nəzərə alsaq, İngiltərənin finala yüksəlmək şansının çox böyük olduğunu deməliyəm”.
İngiltərə 1/8 finalda Kolumbiyaya penalti seriyasında qalib gəlib - 1:1 (4:3).
banner

Oxşar Xəbərlər