• cümə axşamı, 28 mart, 21:54
  • Baku Bakı 13°C

Mourinyo fanatlara arxalanacaq

22.02.18 10:25 739
Mourinyo fanatlara arxalanacaq
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında "Sevilya” ilə keçirilən ilk oyundan (0:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo "Old Trafford”da fərqli qarşılaşmanın olacağını bildirib. O, doğma meydanda fanatlara arxalanacaqlarını vurğulayıb:
"Old Trafford”da çoxdandı ki, böyük avrokubok gecəsi olmayıb. Düzdü, biz ötən mövsüm Avropa Liqasının 1/4 və yarımfinalında oynamışıq. Ancaq Avropa Liqası ÇL deyil.
Cavab qarşılaşmasında azarkeşlərimizə arxalanacağıq. Əgər "Old Trafford”da fanatlar bu gün "Sevilya”nın azarkeşlərinin yaratdığı atmosferi yarada bilsələr, bizə yalnız qələbə qazanmaq qalacaq. Fanatlarımız bizi irəli qovmalıdırlar”.
banner

Oxşar Xəbərlər