• cümə, 29 Mart, 18:08
  • Baku Bakı 14°C

Mourinyo “Düşmən”in cəbhəsinə üz tutub

08.05.17 19:00 1405
Mourinyo “Düşmən”in cəbhəsinə üz tutub
"Mançester Yunayted” əzəli rəqibi "Mançester Siti”nin hücumçusu Serxio Aqueronu transfer etmək istəyir.

Kaspi.az xəbər verir ki, Aqueronun transfer edilməsini "Yunayted”in baş məşqçisi Joze Mourinyo tələb edib. O, argentinalı hücumçuya İbrahimoviçin əvəzləyicisi kimi yanaşır.

Məlumata görə, "Siti”nin baş məşqçisi Xosep Qvardiola Aqueronun satılmasının tərəfdarıdır. O, növbəti mövsümdə Serxioya yox, braziliyalı Qabriel Jesusa güvənəcəyini bildirib.

Ancaq "Siti” rəhbərliyi Aqueronun əzəli rəqibə satılmasının tərəfdarı deyil. Onlar "Yunayted”in Aquero ilə güclənməsini istəmirlər.

Aquero cari mövsümdə Premyer Liqada 28 oyun keçirib, 18 qol vurub, 1 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər