Mourinyo dava saldı, butulkanı qapıçının başına çırpdı
İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən "Mançester
Yunayted” - "Mançester Siti” oyunundan (1:2) sonra qalmaqal yaşanıb.
Kaspi.az xəbər verir ki, qalmaqalın mərkəzində MY-nin baş məşqçisi
Joze Mourinyo olub. "Siti”nin futbolçuları qarşılaşmadan sonra qələbəni
çılğınlıqla qeyd ediblər. Bu da Mourinyonun xoşuna gəlməyib.
O, "Siti”nin paltardəyişmə otağına gələrək, futbolçulardan
sakitləşməyi tələb edib. Onun bu tələbi mübahisəyə çevrilib. Mourinyo əlindəki
su butulkasını "Siti”nin qapıçısı Edersonun başına çırpıb.
Dava-dalaşda "şəhərlilər”in köməkçi məşqçisi Mikel Arteta da xəsarət
alıb. Onun qaşı partlayıb.