• cümə axşamı, 25 aprel, 21:00
  • Baku Bakı 21°C

Mosvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

24.01.17 19:34 1037
Mosvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub
Xarici işlər naziriElmar MəmmədyarovRusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarovmünaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib.

Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər