• şənbə, 20 Aprel, 16:26
  • Baku Bakı 23°C

Mosul əməliyyatı: daha 7 bölgə azad olunub, 19 yaraqlı öldürülüb

27.11.16 12:47 803
Mosul əməliyyatı: daha 7 bölgə azad olunub, 19 yaraqlı öldürülüb
İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yaraqlılardan 4-ü beynəlxalq koalisiyanın şəhərin cənubundakı Eş-Şəmsiyyat kəndində terrorçuları daşıyan avtomobilə endirdiyi hava zərbəsi nəticəsində, 6-sı hökumət qüvvələrinin Cilyuhan kəndində apardıqları əməliyyatların gedişində öldürülüb. Diclənin şərqində həyata keçirilən əməliyyatda isə 9 terrorçu və bomba yüklü bir avtomobil zərərsizləşdirilib.
İraq Müdafiə Nazirliyindəki mənbələrdən agentliyin müxbirinə verilən məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdəbirini, qərb istiqamətində isə 6 kəndi geri alıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.
banner

Oxşar Xəbərlər