• cümə, 29 Mart, 02:39
  • Baku Bakı 7°C

Moskvanın və bütün Rusiyanın patriarxı Azərbaycan prezidentini təbrik edib

12.04.18 20:42 499
Moskvanın və bütün Rusiyanın patriarxı Azərbaycan prezidentini təbrik edib
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidentiİlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Baş tutmuş seçkilərdə inamlı qələbəniz milyonlarla həmvətəninizin Sizə göstərdiyi yüksək etimada dəlalət edir. Əminəm ki, dövlət başçısı vəzifəsində uzun illər boyu qurucu əməyinizlə topladığınız zəngin idarəçilik təcrübəsi Sizin xalqınıza bundan sonra da eyni dərəcədə uğurla xidmət etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza kömək edəcək.

Bu gün Azərbaycan dövlət hakimiyyəti orqanları ilə dini birliklərin səmərəli əməkdaşlığının gözəl nümunəsidir. Bu birliklər arasında Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası layiqli yer tutur. Ümidvaram ki, insanların mənəvi-əxlaqi tərbiyəsinə, etnoslararası münasibətlərin harmoniyasına və ictimai həmrəylik yaranmasına kömək edən bu qarşılıqlı fəaliyyət davam edəcək.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan Respublikasının bütün xalqına sülh və firavanlıq arzu edirəm”.
banner

Oxşar Xəbərlər