AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub

Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub

Təfsilat
16 Fevral 2020, 17:30 1190
Fevralın 16-da səhər saatlarında Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı Lipetsk sakini məbəddə olan dindarlara basqın edərək iki nəfəri bıçaqla yaralayıb. Rusiya DİN-in rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, basqın edən şəxs saxlanılıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.