• çərşənbə axşamı, 16 aprel, 15:57
  • Baku Bakı 19°C

Moskvada Tofiq Bəhramovun xatirəsinə futbol turniri

09.12.14 12:43 884
Moskvada Tofiq Bəhramovun xatirəsinə futbol turniri
Moskvada əfsanəvi azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, turnir dekabrın 13-də “Dinamo” İdman Sarayında baş tutacaq.
Yarışda 14 komanda mübarizə aparacaq. Turnirdən sonra Azərbaycan estradası ulduzlarının iştirakı ilə konsert keçiriləcək.
Turnir zamanı Tofiq Bəhramov haqqında film nümayiş etdiriləcək, Azərbaycan mədəniyyəti sərgisi keçiriləcək.
Qeyd edək ki, turnirin təşkilatçıları Moskva şəhərinin dinlərarası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti, Rusiya Azərbaycan Gənlər Təşkilatı, Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsidir.
banner

Oxşar Xəbərlər