• çərşənbə axşamı, 19 mart, 07:51
  • Baku Bakı 8°C

Moskvada terror planlaşdıran dəstəni zərərsizləşdirdilər

06.06.13 12:35 1449
Moskvada terror planlaşdıran dəstəni zərərsizləşdirdilər
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror hazırlamaqda şübhəli bilinən Yulay Davletbayev adlı şəxsi həbs edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Y. Davlatbayevin dəstəsi Moskvanın mərkəzində partlayış törətməyi planlaşdırıb.
Y. Davlatbayev şübhə doğurmamaq üçün Moskvada ciddi-cəhdlə iş axtarıb. Onun dəstə üzvlərinin vaxtilə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı döyüşdüyü, terrorun sifarişçisinin isə Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən “Türküstan İslam Partiyası” olduğu bildirilir.
Terrorçular may ayında Moskva vilayətinin Orexovo-Zuyevo rayonunda zərərsizləşdirilib. Mayın 20-də keçirilən xüsusi əməliyyat zamanı 2 nəfər öldürülüb, 1-i yaxalanıb.
banner

Oxşar Xəbərlər