AZE | RUS | ENG |

Moskvada terror planlaşdıran dəstəni zərərsizləşdirdilər

Moskvada terror planlaşdıran dəstəni zərərsizləşdirdilər
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror hazırlamaqda şübhəli bilinən Yulay Davletbayev adlı şəxsi həbs edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Y. Davlatbayevin dəstəsi Moskvanın mərkəzində partlayış törətməyi planlaşdırıb. Y. Davlatbayev şübhə doğurmamaq üçün Moskvada ciddi-cəhdlə iş axtarıb. Onun dəstə üzvlərinin vaxtilə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı döyüşdüyü, terrorun sifarişçisinin isə Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən “Türküstan İslam Partiyası” olduğu bildirilir. Terrorçular may ayında Moskva vilayətinin Orexovo-Zuyevo rayonunda zərərsizləşdirilib. Mayın 20-də keçirilən xüsusi əməliyyat zamanı 2 nəfər öldürülüb, 1-i yaxalanıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311