• cümə, 29 Mart, 03:41
  • Baku Bakı 7°C

Moskvada Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü keçirilir

21.05.13 11:26 1429
Moskvada Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü keçirilir
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq: “Qeyd edim ki, iki ölkənin müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı yüksək səviyyədədir”.
Elmar Məmmədyarov isə S. Lavrovun Azərbaycana Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan səfərini xatırladıb: “Ümid edirəm ki, konstruktiv müzakirələr olacaq. Qeyd etmək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri strateji səviyyədədir”.
Görüş daha sonra mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
Görüşdən sonra brifinq keçiriləcək.
banner

Oxşar Xəbərlər