• şənbə, 20 Aprel, 16:09
  • Baku Bakı 23°C

Moskvada “Rus marşı”nın iştirakçıları yürüşə hazırlaşırlar

04.11.13 10:43 1102
Moskvada “Rus marşı”nın iştirakçıları yürüşə hazırlaşırlar
APA-nın xəbərinə görə, iştirakçılar toplaşdıqdan sonra metronun “Lyublino” stansiyasından “Bratislavskaya” stansiyasına doğru yürüş edəcəklər. Yürüşdən sonra “Kolovrat” ansamblının iştirakı ilə konsert olacaq.
Yerli hakimiyyət 15 min nəfərlik aksiyaya icazə versə də, millətçilərin liderlərindən olan “Russkiye” Birliyinin sədri Dmitri Demuşkin iştirakçıların sayının bundan iki dəfə çox olacağını bildirib. Sergey Baburinin liderlik etdiyi Rusiya Ümummilli İttifaqı da təşkilatçılar arasındadır.
Aksiya ilə əlaqədar yürüşün başlayacağı Pererva küçəsində polis qüvvələri yerləşdirilib. Polis “Lyublino” stansiyasının ətrafını nəzarətə götürüb. Aksiya iştirakçıları yoxlanaraq əraziyə buraxılır.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva regional bölməsinin icraçı direktoru Aydın Cəfərli APA-ya açıqlamasında bildirib ki, Azərbaycan diaspor nümayəndələri aksiyanı müşahidə edir: “Dəqiq say məlum olmasa da, bu dəqiqələrə qədər aksiyaya insanların axını hələ də davam edir. Bütün hallarda biz azərbaycanlılara bu gün hər hansı təxribata qarşı ehtiyatlı olmağı tapşırmışıq”.
banner

Oxşar Xəbərlər