• şənbə, 20 Aprel, 12:20
  • Baku Bakı 23°C

Moskvada “Rus marşı” iştirakçıları yürüş-mitinqə başladılar

04.11.13 12:15 1211
Moskvada “Rus marşı” iştirakçıları yürüş-mitinqə başladılar
Moskvada rus millətçilərinin “Rus marşı-rus həmrəyliyi” adlı böyük yürüş-mitinqi başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, yürüş-mitinqə paytaxtın “Lyublino” metrostransiyasının yaxınlığından start verilib.
Aksiya iştirakçıları metronun “Bratislavksaya” stansiyasının yaxınlığına qədər yürüş edib, burada mitinq keçirəcəklər.
Mitinqdə “Velikaya Rossiya” Partiyasının lideri Andrey Savelyev, Minin və Pojarski adına xalq hərəkatının lideri Yuri Yekişev, qatı rus millətçiləri Kvaçkov, Barabaş, Otrakovski və digərlərinin çıxışı gözlənilir.
Paytaxt polisi mitinqin keçirildiyi küçələrdə asayişi qorumaq üçün çevik qüvvələri səfərbər edib. Aksiyanın keçirildiyi yerlərə yaxın metrostansiyalarında və ümumilikdə paytaxtın bütün metrostansiyalarında millətçilərin “Rus marşı” ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
banner

Oxşar Xəbərlər