• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

Moskvada Qara Qarayevin 100 iliik yubileyinə həsr olunan konsert keçirilib

02.02.18 14:10 989
Moskvada Qara Qarayevin 100 iliik yubileyinə həsr olunan konsert keçirilib
Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yubiley konsertinin təşkilatıçıları AzərbaycanMədəniyyət və Turizm Nazirliyivə Moskva Dövlət Konservatoriyası olub.
Konsertdə Q. Qarayevin əsərlərindən ibarət proqram nümayiş olunub. Proqramın əvvəlində incəsənət doktoru Rauf Fərhadov dahi bəstəkarın həyat və yaradıcılığından danışıb. Daha sonra Qara Qarayevin əsərlərindən ibarət müsiqi proqramına başlanıb. Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər bəstəkarın təkrarolunmaz əsərlərini səsləndiriblər.

Yubiley tədbirində çıxış edən dahi bəstəkarın oğlu, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev konsertin təşkilatçılarına təşəkkürünü bildirib: "Mən konsertdə çıxış edən musiqiçilərə təşəkkürümü bildir mək istəyirəm. Qara Qarayevin musiqisi onlar üçün böyük açılış, Azərbaycana pəncərə oldu".
banner

Oxşar Xəbərlər