AZE | RUS | ENG |

Moskvada Qara Qarayevin 100 iliik yubileyinə həsr olunan konsert keçirilib

Moskvada Qara Qarayevin 100 iliik yubileyinə həsr olunan konsert keçirilib
Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yubiley konsertinin təşkilatıçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyivə Moskva Dövlət Konservatoriyası olub.

Konsertdə Q. Qarayevin əsərlərindən ibarət proqram nümayiş olunub. Proqramın əvvəlində incəsənət doktoru Rauf Fərhadov dahi bəstəkarın həyat və yaradıcılığından danışıb. Daha sonra Qara Qarayevin əsərlərindən ibarət müsiqi proqramına başlanıb. Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər bəstəkarın təkrarolunmaz əsərlərini səsləndiriblər.
 
Yubiley tədbirində çıxış edən dahi bəstəkarın oğlu, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc  Qarayev konsertin təşkilatçılarına təşəkkürünü bildirib: "Mən konsertdə çıxış edən musiqiçilərə təşəkkürümü bildir mək istəyirəm. Qara Qarayevin musiqisi onlar üçün böyük açılış, Azərbaycana pəncərə oldu".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000