• cümə, 19 Aprel, 21:48
  • Baku Bakı 24°C

Moskvada Putin və Ərdoğan arasında görüş keçirilir

10.03.17 16:03 697
Moskvada Putin və Ərdoğan arasında görüş keçirilir
Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziriSergey Lavrov, müdafiə naziriSergey Şoyqu, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Türkiyə tərəfdən isə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın iştirak edir.
Vladimir Putintürkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyin vurğulayan Rusiya dövlət başçısı iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib.
Öz növbəsində Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanMoskvada olmaqdan məmnunluğunu ifadə edib. O, bu gün rusiyalı həmkarı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklərini və bu iclasda ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb.
Qeyd edək ki, ikitərəfli görüşdən sonra Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası başlayacaq.
banner

Oxşar Xəbərlər