• şənbə, 27 Aprel, 00:41
  • Baku Bakı 14°C

Moskvada OMON daha bir bazara basqın etdi

28.10.13 15:05 1290
Moskvada OMON daha bir bazara basqın etdi
Bu gün Rusiyanın paytaxtı Moskvanın Qolyanov rayonunun Amursk küçəsində yerləşən Viktoriya Ticarət mərkəzi və onun yaxınlığındakı böyük meyvə-tərəvəz bazasına OMON tərəfindən hücum olub.
Bu barədə Lent.az-ın Moskvaya ezam olunmuş müxbirimizə həmyerlimiz İdrak Camalbəyli məlumat verib.
Onun sözlərinə görə, bazarı bağlayan OMON əməkdaşları burada fəaliyyət göstərən azərbaycanlıların sənədlərini yoxlayırlar.
Xatırladaq ki, bu gün günorta saatlarında Moskvada yerləşən “Sadovod” meyvə-tərəvəz bazasında da OMON tərəfindən bu formada yoxlama aparılmışdı.
banner

Oxşar Xəbərlər