• şənbə, 27 Aprel, 05:47
  • Baku Bakı 14°C

Moskvada növbəti miqrant “ovu”: 600-dən çox saxlanılan var

19.11.13 10:31 1349
Moskvada növbəti miqrant “ovu”:  600-dən çox saxlanılan var
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Zaslon-2” əməliyyatı çərçivəsində hüquq-mühafizə orqanları növbəti operativ-profilaktik tədbirlər həyata keçiriblər. Paytaxtın “Sadovod” bazarında saxlanılan 600-dən çox əcnəbi Rusiya Daxili İşlər Nazirliyinin müxtəlif ərazi idarələrinə aparılıb. Onların baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri və Rusiyada qanun əsasında çalışıb-çalışmadıqları araşdırılacaq.
Qeyd edək ki, “Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.
banner

Oxşar Xəbərlər