• şənbə, 20 Aprel, 10:24
  • Baku Bakı 14°C

Moskvada növbəti “miqrant əməliyyatı”: Azərbaycanlılar saxlanıldı

20.11.13 09:34 1213
Moskvada növbəti “miqrant əməliyyatı”: Azərbaycanlılar saxlanıldı
Lyublinodakı “Moskva” ticarət mərkəzində aparılan reydlər nəticəsində mindən artıq miqrant saxlanılaraq polis bölmələrinə aparılıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya DİN-dən bildirilib ki, miqrantların əvvəllər törədilmiş cinayətlərə aidiyyətinin olub-olmadığı, eləcə də Rusiya ərazisində olmalarının qanuniliyi yoxlanacaq.
Yoxlama nəticəsində qeyri-leqal 100 miqrant müəyyən edilib ki, onların arasında azərbaycanlılar da var.
banner

Oxşar Xəbərlər