• cümə axşamı, 25 aprel, 14:28
  • Baku Bakı 23°C

Moskvada koronavirusdan ölənlərin sayı 1 500-ü ötdü

17.05.20 09:30 521
Moskvada koronavirusdan ölənlərin sayı 1 500-ü ötdü
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı1 503nəfərə çatıb.
"Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində paytaxtda daha71nəfər koronavirusun qurbanı olub.
Hazırkı dövrədək Rusiyada272 043nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan63 166nəfər müalicə olunaraq sağalıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar6,6 milyontest aparılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus213ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər