AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moskvada Heydər Əliyevin anım mərasimi keçiriləcək

Moskvada Heydər Əliyevin anım mərasimi keçiriləcək

Cəmiyyət
10 Dekabr 2019, 16:00 331
Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılacaq, bu dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolu barədə məlumat veriləcək.
Səfər çərçivəsində, eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş Elmira Axundovanın müəllifi olduğu üç cildlik kitabın təqdimat mərasimi keçiriləcək.
Səfər dekabrın 13-də başa çatacaq.