• cümə, 19 Aprel, 05:07
  • Baku Bakı 18°C

Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib

19.09.18 15:15 383
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
Moskvadakı "Prezident otel”də "Bakı şəhərinin azad olunması – 100. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin şanlı səhifəsi” mövzusunda "dəyirmi masa” keçirilib.
Məmməd Əmin Rəsulzadə Məclisinin təşkil etdiyi tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Federasiyası Dövlət Dumasının, Azərbaycan icmalarının, Moskvadakı diaspor təşkilatlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, gənclər və jurnalistlər iştirak ediblər.
AZƏRTACxəbər verir ki, səfirliyin müşaviri Vüqar İmaməliyev "dəyirmi masa”nı açaraq səfir Polad Bülbüloğlunun təbrikini çatdırıb. Tədbir iştirakçılarını Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edən V.İmaməliyev bildirib ki, Azərbaycanda 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Tarix elmləri doktoru, AMEA-nın professoru Solmaz Rüstəmova-Tohidi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının mürəkkəb tarixi yolundan ətraflı bəhs edib. Alim bu günlərdə Azərbaycanda Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradın vüsətini vurğulayıb. S.Rüstəmova-Tohidi yüz il əvvəl baş vermiş hadisələrə tarixi nəzər salıb: "Yüz il əvvəl müsəlman Şərqində ilk dəfə demokratik respublika qurulub. Təxminən iki il ərzində Cümhuriyyət böyük işlər görüb: dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universitetinin əsası qoyulub. Xalq Cümhuriyyəti Azərbaycan xalıqının azad və əmin-aman şəraitdə yaşaması üçün güclü dövlət qurulmasına çalışırdı”.
Professor vurğulayıb ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Yetmiş il sonra Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Naxçıvanda Ali Məclisin sessiyasında bayrağımızı yenidən göylərə qaldırdı.
"Bu, tarixi şans idi, Sovet İttifaqının süqutundan sonra Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başladı. Bu gün ölkəmizin uğurlarına sevinirik. Azərbaycan müstəqil siyasət aparan respublikadır və bu siyasətin mənbəyi və əsası xalqımızın maraqlarıdır”, - deyə tarixçi alim sözlərinə yekun vurub.
Məmməd Əmin Rəsulzadə Məclisinin sədri Fizuli Fərəcov tədbirə göstərdikləri marağa, həmçinin "dəyirmi masa”nın təşkilində köməyə görə məruzəçilərə təşəkkürünü bildirib.
Tədbirə yekun vuran professor Kamran Rüstəmov iki yüz ildən çoxdur vahid tarixi məkanda çox gözəl yaşayan Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
banner

Oxşar Xəbərlər