• şənbə, 20 Aprel, 18:11
  • Baku Bakı 24°C

Moskvada Bakı Avropa Qran Prisinə dəstək yarışı

23.05.16 20:08 1690
Moskvada Bakı Avropa Qran Prisinə dəstək yarışı
Moskvada Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə Bakı "Avropa Qran Pri-si”" (Formula 1) yarışlarının təbliğinə dəstək məqsədi ilə "Azərbaycanlı Gənclərin Kuboku” adlı kartinq yarışı keçirilib.Lent.az-ın məlumatına görə, yarış iştirakçılarını və qonaqları salamlayan ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycanın artıq bir idman ölkəsi olduğunu, dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycanda idmançılara göstərilən qayğıdan söz açıb. O, Formula 1 yarışlarının ölkəmizin dünya arenasında tanınmasında və turizmin inkişafında vacibliyini qeyd edib .

Daha sonra yarışa start verilib. Üç mərhələdə keçirilən yarışda birincilik uğurunda səkkiz komanda mübarizə aparsa da, kubok və birinci yer Moskva Dövlət Hüquq Akademiyasının komandasına qismət olub. ikinci yerə "Tri -Medved” komandası, üçüncü yerə isə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun komandası layiq görülüb.

Sonda qaliblər kubok diplom və medallarla mükafatlandırılıb
banner

Oxşar Xəbərlər