• şənbə, 20 Aprel, 02:08
  • Baku Bakı 15°C

Moskvada Bakı-2015-ə həsr olunan mətbuat konfransı keçiriləcək

10.02.15 07:33 958
Moskvada Bakı-2015-ə həsr olunan mətbuat konfransı keçiriləcək
Rusiya paytaxtında Bakı-2015 I Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək.
APA-nın verdiyi məlumata görə, mətbuat konfransı fevralın 14-də TASS agentliyində baş tutacaq.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" Avropa oyunlarının təşkilat komitəsinin icraçı direktoru Azad Rəhimov və Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edəcək.
Qeyd edək ki, Bakı-2015 I Avropa oyunları iyunun 12-28-də keçiriləcək. Avropa oyunları proqramına 20 idman növü daxil edilib. Onlardan 16-sı olimpiya idman növüdür. Avropa oyunlarında 239 komplekt medal uğrunda 6 mindən çox idmançının mübarizə aparacağı gözlənilir.
banner

Oxşar Xəbərlər