• çərşənbə axşamı, 23 aprel, 16:29
  • Baku Bakı 24°C

Moskvada azərbaycanlılarla dağıstanlıların kütləvi davası düşüb

02.09.13 08:14 1245
Moskvada azərbaycanlılarla dağıstanlıların kütləvi davası düşüb
APA-nın məlumatına görə, hadisə sentyabrın 1-də gecə saatlarında Demyana Beqnoqo, ev 4 ünvanında yerləşən “Azərbaycan” kafesində baş verib.
Bir qrup azərbaycanlı və dağıstanlı arasında məişət zəminində mübahisə yaranıb.
Hadisə yerinə polisin gəlməsinə baxmayaraq, tərəflər davanı dayandırmayıblar. Polislər davanı yatırmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıblar.
Polislər dava edənlərdən dördünü bölməyə aparıblar. Lakin azərbaycanlılar və dağıstanlılar bir-birilərinə qarşı şikayət ərizəsi yazmaqdan imtina ediblər.
Faktla bağlı araşdırmalar davam edir.
banner

Oxşar Xəbərlər