• cümə axşamı, 25 aprel, 17:28
  • Baku Bakı 23°C

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri görüşüb

23.05.13 15:22 1443
Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri görüşüb
Bu gün Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 20 dəqiqə çəkən görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əlaqələr müzakirə olunub.
Mətbuata qapalı keçirilən görüşdə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov və Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov da iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Avropanın təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya səfərə gedib. Azərbaycanlı nazirin digər MDB ölkələrinin müdafiə nazirləri ilə də ikitərəfli görüşləri planlaşdırılıb.
banner

Oxşar Xəbərlər