• cümə axşamı, 25 aprel, 15:14
  • Baku Bakı 23°C

Moskva vilayətində MDB gənclərinin On dördüncü Delfi Oyunlarına start verilib

23.11.19 14:45 443
Moskva vilayətində MDB gənclərinin On dördüncü Delfi Oyunlarına start verilib
Noyabrın 22-də Moskva vilayətində MDB üzvü olan dövlətlərin gənclərinin On dördüncü Delfi Oyunlarına start verilib.
AZƏRTACxəbər verir ki, builki incəsənət forumu müasir Delfi Oyunlarının 20 illiyinə həsr edilib.
Moskva vilayətində Delfi Oyunları ikinci dəfə, amma Delfi çempionatı formatında ilk dəfə keçirilir.
Delfi çempionatının mexanizmində nəzərdə tutulub ki, çempionatın hər üç turunda iştirakçılar cütlüklər şəklində yarışacaqlar. Hər cütlükdə çıxışların nəticələrinə əsasən müəyyən edilən qalib növbəti tura keçir. Finalda iki yarımfinal mərhələsinin qalibləri birinci və ikinci yerlər uğrunda mübarizə aparırlar. İki yarımfinalda məğlub olanlar isə (hər ikisi) üçüncü yerləri tutur.
Çempionatda cəmi 12 dəst mükafat oynanılacaq.
Noyabrın 23-də Moskva vilayətindəki "Sneqiri” idman kompleksində 6 nominasiya üzrə yarışlar başlanacaq – fortepiano, skripka, xalq mahnıları, akademik oxu, estrada və açıq nominasiya.
MDB üzvü olan dövlətlərin gənclərinin On dördüncü Delfi Oyunları çərçivəsində Moskva vilayətinin mədəniyyət obyektlərində beynəlxalq konfrans, həmçinin "Biz xatırlayırıq…”, "Teatr”, "Kitablar” mövzularına həsr edilmiş xüsusi layihələr həyata keçiriləcək. Noyabrın 25-də "Vegas City Hall” səhnəsində çempionatın yekun təntənəli tədbiri və qala-konsert olacaq.
banner

Oxşar Xəbərlər