• çərşənbə axşamı, 16 aprel, 11:38
  • Baku Bakı 14°C

Moskva meriyası “Rus marşı”na “Hə” dedi

28.10.13 16:27 1299
Moskva meriyası “Rus marşı”na “Hə” dedi
Moskva meriyası noyabrın 4-də şəhərin Lyublino rayonu ərazisində “Rus marşı” adlı aksiyanın keçirilməsinə razılıq verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva Regional Təhlükəsizlik Departamentinin rəhbəri Aleksey Mayorov aksiyanın Lyublinodan yürüşlə başlayaraq Pererva küçəsindən keçməklə mitinqlə başa çatacağını söyləyib. O, aksiya təşkilatçısının “Russkiye” Birliyinin rəhbəri Dmitri Demuşkin olduğunu deyib. D. Demuşkin müraciətində marşda təxminən 30 min, mitinqdə isə 20 min adamın iştirak edəcəyini yazıb.
Daha öncə “Rusiya Ümumxalq İttifaqı” adlı partiya da Moskvanın mərkəzində yürüş keçirmək istəyib, lakin meriya buna icazə verməyib. İttifaqın təmsilçisi İvan Mironov Lyublinoda keçiriləcək aksiyaya qoşulacaqlarını açıqlayıb.
banner

Oxşar Xəbərlər