• cümə axşamı, 25 aprel, 17:07
  • Baku Bakı 23°C

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək

12.01.18 09:50 1191
Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək
"İtaliya sədrliyininATƏT-in regional münaqişələrin nizamlanması üzrə səyləri davam etdirmək niyyətini tam dəstəkləyirik”.APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə RusiyanınATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının Vyanadakı iclasında bildirib.
"İlk növbədə bu Ukraynanın şərqindəki böhrana aiddir. Böhranın danışıqlar yolu ilə nizamlanmasında İtaliya sədrliyinin konstruktiv rol oynayacağına ümid edirik. Münaqişə tərəfləri – Kiyev, Donetsk və Luqansk arasında birbaşa danışıqların əsas formatı olan Təmas Qrupunun hərtərəfli dəstəyi gərəkdir. Minskdə əldə olunan vəBMTTəhlükəsizlik Şurasının dəstəklədiyi "Tədbirlər kompleksi”nin tam icrası Donbasda sülhün bərpa olunmasının əsas açarı olaraq qalmaqdadır. Atəşkəs, silahların təmas xəttindən geri çəkilməsi, siyasi paketin tam icrası - Donbasa xüsusi statusun verilməsi, Konstitusiya islahatının aparılması, amnistiyanın elan edilməsi və yerli seçkilərin keçirilməsi təmin edilməlidir. Bundan başqa, sədrlikATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının obyektiv və qərəzsiz fəaliyyətini təmin etməlidir.
Səylər həmçinin digər münaqişə zonalarında da zəifləməməlidir. Biz Kosovo problemininBMTTŞ-nin 1244 qətnaməsi əsasında həllində maraqlıyıq. Həmçinin Dnestryanı vəDağlıq Qarabağnizamlanması prosesində də İtaliya sədrliyinin səylərini dəstəkləyəcəyik. Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə diskussiyaları çərçivəsində Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında dialoqun dəstəklənməsindəATƏT-in rolunu yüksək qiymətləndiririk”, - deyə Aleksandr Lukaşeviç qeyd edib.
banner

Oxşar Xəbərlər