• çərşənbə, 24 Aprel, 01:58
  • Baku Bakı 14°C

Moskva aeroportunda yanğın: Bakı reysləri təxirə salınıb

03.09.15 12:19 1013
Moskva aeroportunda yanğın: Bakı reysləri təxirə salınıb
Moskvanın “Domodedovo” hava limanında yanğın baş verib, Azərbaycana uçuşlar təxirə salınıb

Moskvanın "Domodedovo" hava limanında yanğın baş verib.
“APA-Economics”in “İnterfax”a istinadən verdiyi xəbərə görə, yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb. Bunlar Anapa (2 reys), Samara, Kazan, Sankt-Peterburq, Stavropol, Soçi, Həştərxan, Rostov, Krasnodar və Çeboksarı, o cümlədən Moldova, Monteneqro, Ukrayna və Azərbaycan istiqamətində yerinə yetirilməli olan uçuşlardır.
Məlumata görə, yanğın nəticəsində güclü tüstülənmə baş verib. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikinti materiallarının saxlanıldığı mərtəbədə olan elektrik naqillərindəki nasazlığın baş verməsidir.
Hadisə zamanı 3 mindən artıq insan təxliyyə olunub.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Son məlumatlara əsasən, yanğın söndürülüb, hava limanı fəaliyyətini bərpa edib.
banner

Oxşar Xəbərlər