• cümə, 29 Mart, 17:24
  • Baku Bakı 14°C

“Moody's” Azərbaycanın reytinqinə yenidən baxıb

27.07.20 10:07 561
“Moody's” Azərbaycanın reytinqinə yenidən baxıb
"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqlərinin dövri baxışınınbaşa çatdığını elan edib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's” bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirirvə oxşar reytinqli ölkələrinin maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.
Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.
Xatırladaq ki, hazırda "Moody's” Azərbaycanın kredit reytinqini "Ba2” səviyyəsində qiymətləndirir.
banner

Oxşar Xəbərlər