• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

“Moody's”: Aviasiya sənayesi 2023-cü ildən tez bərpa olunmayacaq

05.06.20 10:37 522
“Moody's”: Aviasiya sənayesi 2023-cü ildən tez bərpa olunmayacaq
"Aviasiya sənayesi koronavirus (COVID-19) pandemiyasının təsirindən 2023-cü ildən tez çıxa bilməyəcək və bərpa olunmayacaq. Sektor dərin problemlərlə üz-üzədir".
"Report” xəbər verir ki, bu barədə"Moody's”beynəlxalq kredit reytinq agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, iqtisadi geriləmə, artan işsizlik, xarici səyahətlərə tətbiq edilən məhdudiyyətlər nəticəsindəsərnişin təyyarələrinə tələbat 2021-2022-ci illərdə aşağı qalmaqda davam edəcək. Hazırda daha güclü, dövlət dəstəyi verilən aviaşirkətlər borc almaqla likvidliyini təmin edir, bu proses də 2023-cü ilə qədər davam edəcək.
Xatırladaq ki,"Moody's”mayın 25-dən bəri 13 aviadaşıyıcının kredit reytinqini endirib, 6 aviaşirkətin kredit reytinqini isə əvvəlki kimitəsdiqləyib.
banner

Oxşar Xəbərlər