• cümə axşamı, 02 may, 02:04
  • Baku Bakı 15°C

"Moody's": ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib

16.01.18 14:20 726
"Moody's": ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib
"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda "Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb".
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən "APA-Economics”ə bildirilib.
Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.
"Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, - deyə agentlikdən bildirilib.
banner

Oxşar Xəbərlər