• cümə, 19 Aprel, 21:37
  • Baku Bakı 24°C

Monteneqroda şahmat üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib

12.05.19 09:20 423
Monteneqroda şahmat üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azmont Investments şirkətinin dəstəyi ilə şahmat üzrə "Heydər Əliyev kuboku” turniri keçirilib.
AZƏRTACxəbər verir ki, turniri Monteneqrodakı Diplomatik Nümayəndəliyimizin müşaviri Anar Əcəmov açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, 1993-cı ildə xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan xalqı bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacaq.
Turnirdə Monteneqronun yığma və olimpiya komandalarının üzvləri, tanınmış şahmatçıları - qrossmeysterlər, beynəlxalq ustalar və FIDE ustaları iştirak ediblər.
"Heydər Əliyev kubokunu” Nikola Cukiç qazanıb.
Böyük maraq doğuran turnir yerli KİV-də geniş işıqlandırılıb.
banner

Oxşar Xəbərlər