• cümə axşamı, 25 aprel, 19:49
  • Baku Bakı 21°C

Monteneqroda dini etiqad azadlığı haqqında qanuna qarşı etirazlar yenidən alovlanıb

25.01.20 11:42 785
Monteneqroda dini etiqad azadlığı haqqında qanuna qarşı etirazlar yenidən alovlanıb
Monteneqro əhalisinin təxminən 80 faizi dini etiqad azadlığı barədə qəbul edilmiş qanun çərçivəsində ruhani mallarının müsadirə edilməsinə qarşı yenidən nümayiş keçirib.
AZƏRTACxəbər verir ki, etirazlar paytaxt Podqoritsada dinc şəkildə edilib.
Monteneqrodakı sosial iğtişaşlar ötən il dekabrın 27-dən başlanıb. Buna səbəb 81 nəfərlik parlamentdə 45 səslə qəbul edilmiş dini etiqad azadlığı barədə qanundur.
Yeni qanuna əsasən, 1918-ci ilədək qeydə alınmayan dini icmalar və onların əmlakı müvafiq sənədlərin olmadığı təqdirdə dövlət tərəfindən müsadirə ediləcək. Bu qanun ölkədə əksəriyyəti təşkil edən serb icmasının etirazlarına səbəb olub.
Hazırda həm hökumət, həm də serb icması danışıqlara hazır olduğunu bildirib.

banner

Oxşar Xəbərlər