AZE | RUS | ENG |

Monteneqro Azərbaycanı alternativ enerjiyə investisiya qoymağa çağırır

Monteneqro Azərbaycanı alternativ enerjiyə investisiya qoymağa çağırır
Monteneqronun energetika sahəsi Azərbaycandan investisiyalar üçün açıqdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç deyib.

O bildirib ki, Monteneqronun Azərbaycanla əməkdaşlığı İoniya-Adriatik boru kəməri (IAP) ilə bağlı fəaliyyətə əsaslanır: "Amma bu, o demək deyil ki, əməkdaşlığımız genişlənməməlidir. Əksinə, Azərbaycanın turizm şirkətləri ilə müsbət iş təcrübəsini nəzərə alsaq, ölkəmiz energetika sahəsinə Azərbaycandan investisiyalar üçün açıqdır".

D.Sekuliç qeyd edib ki, Monteneqronun su enerjisinin inkişafı üçün zəngin, istifadə olunmamış potensialı mövcuddur: "Bu sahədə mən Moraça və Komarnika çaylarını qeyd etmək istərdim, biz bu çayların enerj potensialını dəyərləndirmək niyyətindəyik. Biz həmçinin investorlarla danışıqlara açığıq. Bir müddət əvvəl biz 200 meqavatdan çox gücü olan günəş elektrik stansiyasının tikintisi üçün tender elan etmişik. Mən fürsətdən istifadə edərək azərbaycanlı investorları bu tenderdə iştiraka dəvət etmək istərdim”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191